Afrika Millətlər Kuboku: Qana startda uduzdu, Misir xal itirdi

Kot-d’İvuarda 24 komandanın iştirakı ilə təşkil olunmuş futbol üzrə sayca 34-cü Afrika Millətlər Kuboku davam edir.

Arena.az məlumat verir ki, yanvarın 14-də qrup mərhələsinin ilk turu çərçivəsində daha üç qarşılaşma baş tutub.

“A” qrupunda Nigeriya yığması ilə Ekvatorial Qvineya millisi ilə üz-üzə gəlib və xal itirib.

Həmçinin “B” qrupunda da 1-ci turun iki oyun baş tutub. Turnirin iki favoriti Misir və Qana yığmaları müvafiq olararaq Mozambik və Kabo-Verde yığmaları ilə qarşılaşıblar. Qana yığması startda məğlubiyyətə üzülüb. “Qarabağ”ın kabo-verdeli yarımmüdafiəçisi Patrik Andrade zədə səbəbindən Qana millisinə qarşı oyunda sonadək ehtiyatda qalsa da, komanda yoldaşları onu qələbə ilə sevindirməyi bacarıblar.

Misir yığması isə Mozambiklə görüşdə məğlubiyyətdən son anda xilas olub. Yeri gəlmişkən, misirlilərin qapısından ikinci topu “Qəbələ”nin köhnə-yeni futbolçusu Klesio Bauk keçirib.

Xatırladaq ki, turnirin ilk oyununda meydan sahibi Kot-d’İvuar yığması Qvineya-Bisau millisi ilə qarşılaşmış və 2:0 hesablı inamlı qələbəyə sevinmişdi.

Yanvarın 13-də start verilmiş və Kot-d’İvuarın 5 şəhərinin 6 stadionunda keçirilən Afrika Millətlər Kubokuna fevralın 11-də yekun vurulacaq.

Afrika Millətlər Kuboku
Qrup mərhələsi, 1-ci tur
14 yanvar

A qrupu

Nigeriya – Ekvatorial Qvineya 1:1
Qolalr: Osimhen, 38 – Salvador, 36.

B qrupu

Misir – Mozambik 2:2
Qollar: M.Məhəmməd, 2. M.Salah, 90+7-pen – Viti, 55. Bauk, 58.

Qana – Kabo Verde 1:2
Qollar: Djiku, 56 – Monteyro, 17. J.Rodriqes, 90+2.

Xəbəri sosial şəbəkələrdə paylaş: