Asiya Kuboku: Yaponiya və İrandan ilk oyunda 4 qol

Qətərin 5 şəhərinin 9 stadionunda 24 komandanın iştirakı ilə təşkil olunmuş futbol üzrə sayca 18-ci Asiya Kuboku davam edir.

Arena.az xəbər verir ki, yanvarın 14-də qitə birinciliyinin qrup mərhələsinin ilk turu çərçivəsində daha üç qarşılaşma baş tutub.

“C” qrupunda Birləşmiş Ərəb Əmirlikləri yığması ilə Honkonq yığması üz-üzə gəliblər. BƏƏ millisi inamlı qələbəyə sevinib. Yarışın favoritlərinidən biri, İran yığması isə Fələstin millisi ilə qarşılaşmadan darmadağınla ayrılıb.

“D” qrupunda da bir görüş baş tutub. Yaponiya millisi startda Vyetnam kmandası ilə üz-üzə gəlib. Altı qolun vurulduğu matçda yaponlar inamlı qələbəyə seviniblər.

Xatırladaq ki, yanvarın 12-də start götürmüş Asiya Kubokunun 2023 -cü il mövsümünə fevralın 10-da yekun vurulacaq.

Asiya Kuboku – 2023
Qrup mərhələsi, 1-ci tur
14 yanvar

C qrupu

BƏƏ – Honkonq 3:1
Qollar: Adil, 34-pen. Əl-Zaabi, 52. Əl-Qassani, 90+5 – Çan, 49.

İran – Fələstin 4:1
Qollar: Ənsarifərd, 2. Xəlilzadə, 12. Qayedi, 38. Əzmun, 55 – Seyam, 45+6.

D qrupu

Yaponya – Vyetnam 4:2
Qollar: Minamino, 11; 45. Nakamura, 45+4. Ueda, 85 – Nquyen, 16. Hai, 33.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: