Asiya Kuboku: Cənubi Koreya favorit adını təsdiqlədi

Qətərin 5 şəhərinin 9 stadionunda 24 komandanın iştirakı ilə təşkil edilmiş futbol üzrə sayca 18-ci Asiya Kuboku davam edir.

Arena.az xəbər verir ki, yanvarın 15-də qitə birinciliyinin qrup mərhələsinin ilk turu çərçivəsində daha üç oyun keçirilib.

“D” qrupunda İndoneziya və İraq yığmalarının qarşılaşması Ərəb dünyası təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“E” qrupunda Cənubi Koreya Respublikası və Bəhreyn yığmaları üz-üzə gəliblər. Yarışın əsas favoritlərindən biri olan cənubikoreyalılar 3:1 hesablı qələbə qazanıblar.

Həmin qrupda Malayziya – İordaniya oyunu Yaxın Şərq yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, yanvarın 12-də start götürmüş Asiya Kubokunun 2023 -cü il mövsümünə fevralın 10-da yekun vurulacaq.

Asiya Kuboku 2023
Qrup mərhələsi, 1-ci tur
15 yanvar

D qrupu

İndoneziya – İraq 1:3
Qollar: Marselino, 37 – Əli, 17. Rəşid, 45+7. Hüseyn, 75.

E qrupu

Cənubi Koreya – Bəhreyn 3:1
Qollar: Hvan İn Bom, 38. Li Kan İn 56, 68 – Əl-Haşsaş, 51.

Malayziya – İordaniya 0:4
Qollar: Əl-Mərdi, 12; 32. Əl-Təməri, 18; 85.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: