La Liqa “Real”ın XXI əsr üçün rəmzi komandasını təqdim etdi

İspaniya La Liqası dünya və Avropa futbolunun nəhəngi Madrid “Real”ının XXI əsr üçün rəmzi komandasını təqdim edib.

Arena.az məlumat verir ki, heyətdə yaxın keçmişdə bu komandada çıxış etmiş oyunçularla yanaşı, hələ də “qaymaqlılar”ın heyətində forma geyinən futbolçular da yer alıblar.

Həmçinin bir çox ünlü adların rəmzi yığmada yer almaması birmənalı qarşılanmayıb.

“Real”ın XXI əsr üçün rəmzi komandasını diqqətinizə çatdırırıq:

Qapıçı: İker Kasilyas;

Müdafiəçilər: Daniel Karvaxal, Pepe, Serxio Ramos, Marselo;

Yarımmüdafiəçilər: Zinəddin Zidan, Toni Kroos, Luka Modriç;

Hücumçular: Raul Qonsales, Kərim Benzema, Kristano Ronaldo.

XXI əsrdə Madrid nəhəngi 6 dəfə UEFA Çempionlar Liqasının, 5 dəfə FIFA Klub Dünya Kubokunun və UEFA Super Kubokunun, 8 dəfə La Liqanın və İspaniya Super Kubokunun, 3 dəfə İspaniya Kral Kubokunun qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: