Yozua Kimmix “Bayern”in məşqlərinə həftə sonu qatılacaq

Bu yaxınlarda üçüncü övladı dünyaya gəlmiş “Bayern”in dayaq yarımmüdafiəçisi Yozua Kimmix hazırda ailə qayğıları ilə məşğuldur.

Arena.az jurnalist Maksimilian Koxa istinadən məlumat verir ki, bu xoş səbəbdən Yozua yanvarın 19-na qədər komanda ilə məşqləri buraxacaq:

“Kimmix yenidən ata olub, ana və uşaq sağlamdırlar. Kimmix cümə günü yenidən komanda ilə məşqlərə qoşulmalıdır”, deyə “Bayern”in baş məşqçisi Tomas Tuxel bildirib.

Yozua Kimmix “Bayern”ə 2015-ci ilin iyulunda 8,50 milyon avro müqabilində “Ştutqart”dan keçib. Kimmixin Münhen klubu ilə müqaviləsi 2025-ci iliin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kimmix münhenlilərin heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 1 qol vurub, 6 məhsuldar ötürmə verib. Kimmixin “Bayern”in heyətində ümumi statistikası isə belədir: 368 oyun, 41 qol, 100 məhsuldar ötürmə.

Kimmix Almaniya nəhənginin heyətində 8 dəfə Almaniya Bundesliqasının, 3 dəfə Almaniya Kubokunun, 6 dəfə Almaniya Super Kubokunun və hərəsi 1 dəfə olmaqla UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Yozua Kimmix 2016-cı ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 82 oyuna 6 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Kimmix bundestimlə 2017 FIFA Konfederasiyalar Kubokunu qazanıb. Həmçinin Yozua Almaniyanın U-19 yığması ilə Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir. Alman futbolçunun adı son dövrlərdə Avropanın müxtəlif klubları ilə birgə hallanır.

Xəbəri sosial şəbəkələrdə paylaş: