Premyer Liqa: “Kəpəz” 2024-cü ilə əzmkar qələbə ilə başladı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 19-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, günün sonuncu oyunu Qəbələdə baş tutub.

“Kəpəz” qərb derbisində “Turan Tovuz”u “qəbul edib”. Bu komandaların əvvəlki oyunlarında Gəncə təmsilçisi cəmi 1 qələbə qazanmışdı. Daha bir oyunda heç-heçə qeydə alınmışdısa, 4 oyunda Tovuz təmsilçisi qalib gəlmişdi.

Bu oyunda da hesabı tovuzlular açıblar. Amma erkən qoldan az sonra qonaqların futbolçusu birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bundan maksimum yararlanan “Kəpəz” iki qol vurmaqla derbidən əzmkar qələbə ilə ayrılıb.

Xatırladaq ki, daha öncə baş tutan “Sabah” – “Neftçi” və “Səbail” – “Zirə” oyunlarında oxşar hesab (0:0) qeydə alınımşdı.

Premyer Liqa
19-cu tur
22 yanvar

“Kəpəz” – “Turan Tovuz” 2:1
Qollar: Şakir Seyidov, 35. Martins Junior, 71 – Ayxan Hüseynov, 4.
Hakimlər: Əli Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu, 17:30.

Kəpəz: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 91. Latir Fall, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane.
Baş məşqçi: Adil Şükürov.

Turan Tovuz: 85. Kamal Bayramov (k), 88. Faiq Hacıyev, 2. İsmayıl Zülfüqarlı, 8. Fərid Yusifli, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 80. Otto Con, 11. Ayxan Hüseynov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 18. Budaq Nəsirov, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 97. Sadiq Şəfiyev, 15. Emmanuel Hakman, 9. Belajdi Pusi, 21. Aleks Souza.
Baş məşqçi: Ayxan Abbasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: