Qətərin 5 şəhərinin 9 stadionunda 24 komandanın iştirakı ilə təşkil edilmiş futbol üzrə sayca 18-ci Asiya Kuboku davam edir.
Arena.az məlumat verir ki, bu gün qrup mərhələsinin 3-cü turu çərçivəsində ilk 2 qarşılaşma baş tutub.
Qitə çempionatına ev sahibliyi edən Qətər yığması doğma meydanda Çin milli komandasını minimal hesabla məğlub edib və növbəti mərhələyə maksimum nəticə ilə yüksəlib.
Üç qolun qeydə alındığı Tacikistan – Livan matçında da takiclər qələbə qazanıblar. Nəticədə Tacikistan yığması ikinci yerlə pley-offa yüksəlib.
Xatırladaq ki, yanvarın 12-də başlamış Asiya Kubokunun 2023-cü il mövsümünə fevralın 10-da yekun vurulacaq.
Asiya Kuboku 2023
Qrup mərhələsi, 3-cü tur
22 yanvar
A qrupu
Qətər – Çin 1:0
Qol: Əl-Haydos, 66.
Tacikistan – Livan 2:1
Qollar: Umarbayev, 80. Xamrokulov, 90+2 – Jradi, 47.
Xallar: Qətər – 9. Tacikistan – 4. Çin – 2. Livan – 1.


