“Real” dünyanın ən gəlirli klublarının siyahısına başçılıq edir

Audit və konsaltinq şirkəti “Deloitte” 2022/2023 mövsümünün nəticələrinə əsasən Avropa klublarının gəlirləri haqda illik hesabat dərc edib.

Arena.az məlumat verir ki, “Deloitte Football Money League” siyahısında 2022/2023 mövsümündə ən çox gəlir əldə etmiş, dünyanın 20 futbol klubu təqdim edilib.

“Real” 2017/2018 mövsümündən bəri ilk dəfə rekord məbləğdə – 831 milyon avro gəlirlə, ötən illə müqayisədə qazancını 118 milyon avro məbləğində artaraq siyahının zirvəsinə qayıdıb.
“Kral klubu”nu ötənilki lider “Mançester Siti” (826 milyon avro) izləyir. Sonrakı pillələrdə PSJ (802 milyon avro), “Barselona” (800 milyon avro) və “Mançester Yunayted” (746 milyon avro) qərarlaşıblar.

Vurğulayaq ki, PSJ ilk dəfə olaraq, ilk üçlüyə daxil olub. “Barselona” ötənilki 7-ci yerdən ilk dördlüyə yüksəlib. “Liverpul”, Madrid “Atletiko”su və “Vest Hem” ötənilki ilə müqayisədə gəlirlərinin azaldığını bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: