Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 20-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçı Tovuzda keçirilib. Burada “Turan Tovuz” “Səbail”i qəbul edib. Oyunu Rauf Allahverdiyevin rəhbərlik etdiyi hakimlər idarə edib.
“Turan Tovuz” bu oyuna qədər “Səbail”lə 6 dəfə üz-üzə gəlmişdi. Bu oyunlarda Tovuz təmsilçisi 1, paytaxt klubu 2 qələbə qazanmışdı, üç oyun isə bərabərliklə yekunlaşmışdı. “Səbail” 5 oyun idi, bu rəqibinə uduzmurdu. “Turan Tovuz” isə bütün qarşılaşmalarda qol vurmuşdu.
Dörd qolun qeydə alındığı bugünkü oyunda isə Tovuz təmsilçisi qalib gəlib. Bu nəticədən sonra “Səbail” 27 xalla 5-ci pillədə qalıb. “Turan Tovuz” isə 25 xalla 7-ci pilləyə yüksəlib.
20-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Premyer Liqa
20-ci tur
26 yanvar
“Turan Tovuz” – “Səbail” 3:1
Qollar: Ayxan Hüseynov, 24. Luis Paçu, 73; 86 – Pedro Nuno, 81.
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 15:00.
Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. İsmayıl Zülfüqarlı, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 80. Otto Con, 11. Ayxan Hüseynov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 18. Budaq Nəsirov, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 8. Fərid Yusifli, 33. Eltun Turabov, 97. Sadiq Şəfiyev, 15. Emmanuel Hakman, 9. Belaydi Pusi, 21. Aleks Souza.
Baş məşqçi: Ayxan Abbasov.
Səbail: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silven Deslandes, 21. Anas Najah.
Ehtiyat oyunçular: 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 19. Samir Abdullayev, 77. Ayub Masika, 7. Madi Keta.
Baş məşqçi: Şahin Diniyev.


