“Milan”ın baş məşqçisi Stefano Pioli “Liverpul”un çalışdırıcısı Yurgen Klopun klubdan gedəcəyi haqda xəbərə münasibətini bildirib.
Arena.az “Football Italia” dərgisinə istinadən məlumat verir ki, ona “əlavə təzyiqin olmadığı şəraitdə güc itirmək və klubdan ayrılmaq zərurətini hiss etmək olarmı” sualı ünvanlanıb.
“Demək çətindir, amma mən belə bir vəziyyətdə olmaq istərdim (gülür). Doqquz, on və ya on bir ili klubda keçirmək və “bəlkə də mənzərəni dəyişməyin vaxtıdır”, deyə bilmək, bir nailiyyətdir.
Klopp doqquz il çalışdı, Qvardiola buna yaxındır, Ser Aleks Ferqyuson daha uzun müddət çalışıb. Hər birimiz öz hisslərimizi dinləyərək yaşamalı və sonra onlara əsaslanaraq qərarlar verməliyik”, deyə italyan mütəxəssis bildirib.
Xatırladaq ki, Pioli son vaxtlar “Milan”ın çıxışlarının keyfiyyətsizliyinə görə tənqidlərlə üzləşib. İtaliyan mütəxəssisin istefaya göndəriləcəyi ilə bağlı mətbuatda məlumatlar da yer alıb.
Ötən gün İngiltərənin “Liverpul” komandasını çalışdıran alman mütəxəssis Yurgen Klopp cari mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. Bu, nəinki “qırmızılar”ın azarkeşləri üçün, bütövlükdə dünya futbol ictimaiyyəti tərəfindən gözlənilməz olub. Çünki Kloppun İngiltərə klubu ilə 2025-ci ilin 30 iyununa qədər müqaviləsi var idi və onun komandadan ayrılması gündəmdə deyildi.


