Azərbaycan Kubokunda 1/4 finalın ilk oyunlarının hakimləri bilindi

Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

1/4 final mərhələsinə sabah keçiriləcək iki oyunla start veriləcək.

“Səbail” – “Zirə” matçını İnqilab Məmmədov idarə edəcək. “Sabah” – “Qarabağ” görüşündə isə Elçin Məsiyev söz sahibi olacaq.

“Araz-Naxçıvan” – “Qəbələ” matçı Rauf Allahverdiyevə tapşırılıb. “Sumqayıt” – “Neftçi” oyunun baş hakimi isə Rəşad Əhmədov olacaq.

Xatırladaq ki, Azərbaycan Kubokunda 1/4 finalın cavab oyunları fevralın 8-9-da keçiriləcək.

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
30 yanvar

“Səbail” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Bayıl Arena”, 15:00.

“Sabah” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Masazır Arena”, 19:00.

31 yanvar

“Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Mərdəkan. “Dalğa Arena”, 16:00.

“Sumqayıt” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Sumqayıt Arena”, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: