Avropa Liqasında 1/8 finalçılar bəlli olur

Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.

Arena.az xəbər verir ki, 8 oyunun hamısı eyni günə təsadüf edəcək.

Azərbaycan çempionu “Qarabağ” da Portuqaliyanın “Braqa” komandası ilə məhz bu gecə üz-üzə gələcək. Ağdam klubu səfərdə 4:2 hesabıyla qalib gəldiyi rəqibini bu dəfə doğma meydanda sınağa çəkəcək. Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq bu tarixi qarşılaşmaya saat 21:45-də start veriləcək.

Türkiyə çempionu “Qalatasaray” da Çexiyanın “Sparta” (Praqa) kollektivi ilə qarşılaşacaq. İstanbul təmsilçisi doğma meydanda çətinliklə məğlub etdiyi bu rəqibi səfərdə mübarizədən kənarlaşdırmağa çalışacaq.

Ən maraqlı oyunlardan biri də Niderland “Feyenoord”u ilə İtaliya “Roma”sı arasında baş tutacaq. Niderlanddakı ilk oyunda bərabərə qalmış komandalar bu dəfə İtaliya paytaxtında üz-üzə gələcəklər.

Qeyd edək ki, Avropa Liqasında 1/8 mərhələsinin püşkatma mərasimi sabah baş tutacaq. Bu mərhələnin ilk oyunları martın 7-də, cavab görüşləri isə ayın 14-də keçiriləcək.

Avropa Liqası
Pley-offun cavab oyunları
22 fevral

21:45. Frayburq (Almaniya) – Lans (Fransa) (ilk oyun 0:0)
21:45. Qarabağ (Azərbaycan) – Braqa (Portuqaliya) (4:2)
21:45. Renn (Fransa) – Milan (İtaliya) (0:3)
21:45. Tuluza (Fransa) – Benfika (Portuqaliya) (1:2)
00:00. Roma (İtaliya) – Feyenoord (Niderland) (1:1)
00:00. Sparta (Praqa, Çexiya) – Qalatasaray (Türkiyə) (2:3)
00:00. Olimpik (Marsel, Fransa) – Şaxtyor (Donetsk, Ukrayna) (2:2)
00:00. Sportinq (Portuqaliya) – Yanq Boyz (İsveçrə) (3:1)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: