Mahir Emreli sıraya döndü

Futbol üzrə Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun hücumçusu Mahir Emreli məşqlərə başlayıb.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu paytaxt klubunun dünənki məşqində kollektivlə birgə hazırlıqda iştirak edib.

Mahir özü də məşqdən şəkil paylaşıb. Onun Avropa Konfrans Liqasının pley-off mərhələsində İspaniya klubu “Betis”lə bu gün keçiriləcək cavab görüşündə iştirakı baş məşqçinin qərarından asılı olacaq. “Dinamo” bu rəqibinə səfərdə 1:0 hesabıyla qalib gəlib. Cavab qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Xatırladaq ki, Emreli yanvarın əvvəlində Sloveniyanın “Roqaşka” klubu ilə yoxlama görüşündə zədələnmişdi. Həmin vaxt onun daha uzun müddət yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunurdu. Amma hücumçu təxminən iki aya sıraya dönə bilib.

Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 45 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: