Xabi Alonso “Bayern”ə mümkün gedişi ilə bağlı sualı cavabladı

Leverkuzen “Bayer”inin baş məşqçisi, ispan mütəxəssis Xabi Alonso Almaniya nəhəngi “Bayern”ə mümkün gedişi haqda sualı cavablayıb.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, ispan mütəxəssisin bu xüsusda cavabını təqdim edir.

“Bayern”dən kimsə mənimlə əlaqə saxlayıbmı? Mən sualı başa düşürəm, amma yenə də yeni bir şey deyə bilmərəm – buna görə də bütün bunlar sadəcə fərziyyədir”, deyə Alonso bildirib.

Xatırladaq ki, daha əvvəl Almaniya nəhəngi “Bayern” mövsümün sonunda Tomas Tuxelin komandanın baş məşqçisi vəzifəsindən istefa verəcəyini açıqlayıb. Bununla əlaqədar olaraq Münhen klubu komandasının baş məşqçisi vəzifəsinə layiqli namizədləri çeşidləyir.

Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 41 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb.

Alonso futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.

Hazırda Xabi Alonsonun “əczaçıları” Bundesliqanın 22 turundan 58 xalla turnir cədvəlinin vahid liderləridir. Həmçinin “Bayer” Avropa Liqasında da mübarizə aparır və yarışın qalibi adına əsas namizədlərdən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaş: