Xosep Qvardiola milli komandanı çalışdırmağı düşünür

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola gələcək məşqçilik karyerasının davamı ilə bağlı fikirlərini paylaşıb.

Arena.az “ESPN Brasil” dərgisinə istinadən məlumat verir ki, “Pep” “şəhərlilər”lə əməkdaşlığını başa vurduqdan sonra sonra karyerasını necə davam etdirmək istədiyi barədə danışıb:

“Mən milli komandanı çalışdırıb, dünya və ya Avropa çempionatına hazırlamaq istərdim. Mən bunu istərdim. Hansı ölkə? Mən kimə gərk olduğumu bilmirəm. Milli komanda ilə işləmək üçün sənin dəvətini klub kimi istəmək lazımdır”, deyə ispan mütəxəssis vurğulayıb.

Xatırladaq ki, Qvardiolanın “Mançester Siti” ilə cari əmək müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

İspan mütəxəssis 2016-cı ildən “Mançester Siti”ni çalışdırır. Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 5 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 2 dəfə İngiltərə Super Kubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xosep Qvardiola geridə qalmış 2022/2023 mövsümündə “Mançester Siti” ilə “trebl”ə imza atıb – İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və Çempionlar Liqasını qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: