Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 24-cü turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçı Tovuzda yerli “Turan Tovuz”la “Neftçi” arasında baş tutacaq. Bu komandalar 7-ci dəfə üz-üzə gələcəklər. Əvvəlki 6 oyunda tovuzlular 1, bakılılar 4 qələbə qazanıblar, 1 oyun da bərabərliklə yekunlaşıb. “Neftçi” son iki matçda minimal fərqlə qalib gəlib. “Turan Tovuz”un ev oyunlarında qol vuran komanda qələbə qazanıb.
“Neftçi” Tovuzda qələbə qazansa, ikinci pilləyə yüksələ bilər. Amma bundan ötrü “Sumqayıt”ın turu xal itkisi ilə başa vurması da lazım gələcək. “Turan Tovuz” isə qələbə sayəsində 2-3 pillə irəliləmiş olacaq.
Günün son oyunu “Səbail”lə “Sabah” arasında baş tutacaq. Qeyri-sabit çıxış edən və eyni xala malik komandaların görüşünə maraq böyükdür. Altı xallıq oyundan qalib ayrılacaq tərəf bir neçə pillə irəliləyə bilər.
“Səbail” və “Sabah” bu günə qədər 21 oyunda üz-üzə gəliblər. Əvvəlki oyunlarda “dənizçilər” 6, “bayquşlar” 10 qələbə qazanıblarsa, 5 heç-heçə qeydə alınıb. Son 4 görüşdə ən azı 3 qol vurulub. “Səbail” son 2 ev görüşündə uduzmayıb.
Premyer Liqa
24-cü tur
23 fevral
“Kəpəz” – “Qəbələ” 2:1
Qollar: Georgi Papunaşvili, 19. Amil Yunanov, 66-pen – Osama Xalayla, 44.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Kamran Bayramov, Cavid Cəlilov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Qəbələ şəhər stadionu, 17:00.
24 fevral
“Turan Tovuz” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Tovuz şəhər stadionu, 15:00.
“Səbail” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Cabarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”, 17:30.
25 fevral
“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Kamal Umudlu.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “Dalğa Arena”, 16:30.
“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Asiman Əzizli, Vüqar Həsənli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.


