Premyer Liqa: “Neftçi” Tovuzda qələbəni əldən verdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 24-cü turunun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Tovuzda baş tutub.

Burada yerli “Turan Tovuz” “Neftçi” ilə üz-üzə gəlib. Bu, sözügedən komandaların 7-ci görüşü olub. Əvvəlki 6 oyunda tovuzlular 1, bakılılar 4 qələbə qazanmışdılar, 1 oyun da bərabərliklə yekunlaşmışdı.

Elə bu oyunda da qalib müəyyənləşməyib. Hesabı ikinci hissədə “Neftçi” açsa da, meydan sahibləri son dəqiqələrdə məğlubiyyətdən xilas ola biliblər.

Bu nəticədən sonra “Neftçi” 36 xalla üçüncü pillədə qalıb. “Turan Tovuz” isə 31 xalla 5-ci sıraya yüksəlib.

Günün son oyunu “Səbail”lə “Sabah” arasında baş tutacaq. Bu oyuna saat 17:30-da start veriləcək.

İlk oyun günündə “Kəpəz” “Qəbələ”yə 2:1 hesabıyla qalib gəlib. “Araz-Naxçıvan” – “Zirə” və “Qarabağ” – “Sumqayıt” oyunları isə sabah keçiriləcək.

Premyer Liqa
24-cü tur
24 fevral

“Turan Tovuz” – “Neftçi” 1:1
Qollar: Fərid Nəbiyev, 88 – Yeqor Boqomolski, 72.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
Tovuz şəhər stadionu, 15:00.

Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 80. Otto Con, 11. Ayxan Hüseynov, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev. 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 8. Fərid Yusifli, 33. Eltun Turabov, 15. Emmanuel Hakman, 9. Belaydi Pusi.
Baş məşqçi: Ayxan Abbasov.

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 88. Brayan Moreno, 20. Alfa Konte.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Miodraq Bojoviç.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: