MY, “Çelsi” və “Liverpul” da 1/4 finalda – Federasiya Kubokunda

Bu gecə futbol üzrə İngiltərə Federasiya Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 4 qarşılaşma baş tutub və 1/4 final mərhələsinə qalan 4 vəsiqənin sahibi müəyyənləşib.

Səfərdə “Nottingem Forest”lə qarşılaşan “Mançester Yunayted” Kazemironun son dəqiqələrdə vurduğu yeganə qol sayəsində mərhələ adlayıb. “Vulverhempton” da “Brayton”la ev oyununda oxşar nəticə ilə uğur qazanıb.

Beş qolun qeydə alındığı “Çelsi” – “Lids” matçında London təmsilçisi çətin qələbəyə sevinib. “Liverpul” isə “Sauthempton”la ev oyununda istəyinə darmadağınla çatıb.

Xatırladaq ki, ilk oyun günündə “Koventri Siti”, “Mançester Siti”, “Lester Siti” və “Nyukasl” da İngiltərə Federasiya Kubokunda 1/4 finala yüksəlmişdilər.

İngiltərə Federasiya Kuboku
1/8 final
27 fevral

Koventri Siti – Meydston Yunayted 5:0
Qollar: Simms, 9; 14; 35. Tavares, 88; 90+1.

Bornmut – Lester Siti 0:1
Qol: Fatavu, 105.

Bləkbörn – Nyukasl 1:1 (penaltilər 3:4)
Qollar: Şmodiç, 79 – Qordon, 71.

Luton Taun – Mançester Siti 2:6
Qollar: Klark, 45; 52 – Haland, 3; 18; 40; 55; 58. Kovaçiç, 72.

28 fevral

Çelsi – Lids 3:2
Qollar: N.Cekson, 15. Mudrik, 37. Qallaxer, 90 – M.Cozef, 8; 59.

Nottingem Forest – Mançester Yunayted 0:1
Qol: Kazemiro, 89.

Vulverhempton – Brayton 1:0
Qol: Lemina, 2.

Liverpul – Sauthempton 3:0
Qollar: Kumas, 44. Danns, 73; 88.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: