Kataloniya nəhəngi “Barselona” cari mövsümün sonunda “Nike” idman brendi ilə əməkdaşlığını dayandıra bilər.
Arena.az “Sport.es” dərgisinə istinadən məlumat verir ki, Kataloniya klubu öz brendi altında formalar yaratmağa başlamaq niyyətindədir.
Yekun qərarın mart ayında veriləcəyi gözlənilir. Baxmayaraq ki, kluba yaxın mənbələr bu qərarın gələn həftənin əvvəlində verilə biləcəyini deyirlər.
“Barselona” öz brendini artıq klubun bütün qeyri-idman geyimlərini istehsal edən BLM şirkəti vasitəsilə yaratmağı planlaşdırır.
Kataloniya klubunun rəhbərliyi əmindir ki, öz brendi kluba “Nike” ilə əməkdaşlıqdan daha çox gəlir gətirəcək.
Hazırda “Barsa” La Liqanın yarış cədvəlində 26 oyundan 57 xalla 3-cü pillədə qərarlaşıb. La Liqaya 65 xalla “Real” başçılıq edir.


