Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 25-ci turunun növbəti oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Zirədə baş tutub.
“Zirə” doğma meydanda “Turan Tovuz”la üz-üzə gəlib. Bu komandalar daha öncə 6 oyunda üz-üzə gəlmişdilər. “Zirə” əvvəlki oyunlarda 4, “Turan Tovuz” 2 qələbə qazanmışdı. Bir sözlə, tərəflər heç vaxt heç-heçə oynamamışdılar.
Son iki turda ardıcıl heç-heçə edən Tovuz təmsilçisi Zirədə qələbə qazana bilsə, bu rəqibi ilə xal fərqini 1-ə endirib, qonşusuna çevriləcəkdi. “Zirə” isə ardıcıl ikinci qələbəsini qazanmaqla turnir cədvəlində 2-ci sıraya yüksələ bilərdi.
Qarşılaşmada hesabı Tovuz təmsilçisi açıb. İlk yarının sonlarında “Zirə” azlıqda qalıb. Amma bu, meydan sahiblərinin hesabı bərabərləşdirməsinə mane olmayıb. Beləcə, “Zirə” və “Turan Tovuz” ilk dəfə meydanı heç-heçə ilə tərk ediblər.
Premyer Liqa
25-ci tur
2 mart
“Zirə” – “Turan Tovuz”
Qollar: Ceyhun Nuriyev, 62-pen – Belaydi Pusi, 11.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, İnqilab Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 16:00.
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 4. Ruan Renato (k), 44. Dmitrios Çantakias, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 55. Ramin Abdullayev, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 8. Fərid Yusifli, 5. Roderik Miller, 23. Alexandro Serrano, 6. Bruno Qonçalves, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 15. Emmanuel Hakman, 80. Otto Con, 21. Aleks Souza.
Baş məşqçi: Ayxan Abbasov.


