İkinci Liqa: “Cəbrayıl” 9, “Kür-Araz” 5 cavabsız qola sevindilər

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Qusar” – “Füzuli” matçında qonaqlar qalib gəliblər. Beş qolluq “Dinamo” – “Şəmkir” matçı meydan sahiblərinin xeyrinə yekunlaşıb. “Kür-Araz” ikinci dövrənin ilk matçında “Göygöl”ü 5, “Cəbrayıl” isə “Kürmük Qax”ı 9 cavabsız qolla məğlub edib.

İkinci Liqa
15-ci tur
4 mart

“Şahdağ Qusar” – “Baku Sportinq” 1:1
Qollar: Rahid Əmirquliyev, 32 – Röyal Nəcəfov, 51.
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Tərlan Talıbzadə, Murad Səlimov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı OİK stadionu, 15:00.

“Ağdaş” – “Şəki Siti” 1:1
Qollar: Fuad Hüseynov, 5 – Elşən Mustafayev, 63.
Hakimlər: Vüqar Həsənli, Aydın Baxşıyev, Rəhman Aslanov, Xalid Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Ağdaş şəhər stadionu, 15:00.

“Şəfa” – “Lerik” 3:2
Qollar: Əli Əliyev, 12; 33. Cavanşir Tahirov, 86 – Ruslan Tağızadə, 62. Valid Yusubzadə, 76.
Hakimlər: Elvin Bayramov, Sənan Atayev, Rasim Axundov, Alik Yunusov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Binə qəsəbə stadionu, 15:00.

5 mart

“Qusar” – “Füzuli” 1:3
Qollar: Viqar Əlibabayev, 78 – Elvin Nəsibov, 17. Emin Quliyev, 52. Mirkamil Əliyev, 74.
Hakimlər: Fərid Hacıyev, Teymur Teymurov, Orxan İbişov, Kamil Aydınov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

“Dinamo” – “Şəmkir” 3:2
Qollar: Fizuli Dəmirov, 44. İntiqam Məmmədov, 56. Valeh Seyidov, 67 – İlkin Əliyev, 7. Taleh Nəbiyev, 63.
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Zakir Şükürzadə, Emin Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 15:00.

“Kür-Araz” – “Göygöl” 5:0
Qollar: Cavid İmamverdiyev, 13. Museyib Vəlizadə, 18; 50. Ramazan Abbasov, 54. Elariz Xəlilli, 68.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Sərxan İsmayılov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.

“Cəbrayıl” – “Kürmük Qax” 9:0
Qollar: Elşad Əliyev, 8. Hüseyn Novruzov, 12. Əli Nəcəfli, 32. Tapdıq Əhmədov, 35. Polad İbrahimov, 41; 56. Ruslan Voronsov, 46; 80. Nurlan Quliyev, 64.
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Ruslan Babayev, Rəsul Babayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Neftçi” Futbol Mərkəzi” (4-cü meydança), 15:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: