Azərbaycan boksçusu Şəhla Allahverdiyeva İtaliyanın Busto Arsizio şəhərində keçirilən Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.
Arena.az xəbər verir ki, 66 kq çəkidə mübarizə aparan yığmamızın üzvü 1/32 finalda Nqoc Mai Hoanqu (Vyetnam) yarışdan kənarlaşdırıb.
Şəhla Allahverdiyeva 1/16 finalda ilk mərhələdən azad olan Mariana Soto Torreslə (İspaniya) qarşılaşacaq. Görüş martın 8-də baş tutacaq.
Azərbaycan boksçularından daha əvvəl Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq), Sərxan Əliyev (71 kq) və Zeynəb Rəhimova (54 kq) da mərhələ adlamışdılar.
Lisenziya turnirinə martın 11-də yekun vurulacaq.


