17 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsinin 2-ci raundunda mübarizə aparacaq.
Arena.az xəbər verir ki, artıq Azərbaycan milli komandasının seçmə mərhələnin 2-ci raundu çərçivəsində keçirəcəyi oyunlara hakim təyinatları da açıqlanıb.
Bu ay keçiriləcək həmin oyunlara təyinatları təqdim edirik:
AÇ-2025-in seçmə mərhələsi, 2-ci raund
14 mart
Bolqarıstan – Azərbaycan
Hakimlər: Laura Maurisio (İsveçrə), Cenni Okle (İsveçrə), Nargis Maqau (Qazaxıstan).
Dördüncü hakim: Tatyana Sorokopudova (Bolqarıstan).
17 mart
Sloveniya – Azərbaycan
Hakimlər: Steysi Pirson (İngiltərə), Anastasiya Voloşçuk (İngiltərə), Liliya Dumbalakova (Bolqarıstan).
Dördüncü hakim: Lyubima Banova (Bolqarıstan).
20 mart
Azərbaycan – Moldova
Hakimlər: Laura Maurisio (İsveçrə), Cenni Okle (İsveçrə), Liliya Dumbalakova (Bolqarıstan).
Dördüncü hakim: Lyubima Banova (Bolqarıstan).


