Nicat Hüseynov İtaliyada 1/8 finala yüksəldi

Azərbaycan boksçusu Nicat Hüseynov İtaliyanın Busto Arsizio şəhərində keçirilən Dünya Olimpiya Təsnifat Turnirində 1/8 finala yüksəlib.

Arena.az xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan bokçumuz ikiqat Avropa çempionu ikinci görüşündə Sahil Alahverdovini (Gürcüstan) məğlub edib.

Hüseynov qitənin ən güclüsünə və dünya çempionatının finalçısına 5:0 hesabı ilə qalib gəlib. O, 1/8 final döyüşünü martın 10-da keçirəcək.

Xatırladaq ki, Nicat Hüseynov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdəki ilk qarşılaşmasında Deepak Deepaka (Hindistan) qalib gəlib. O, yarımfinala yüksələcəyi halda olimpiadaya vəsiqə əldə edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: