Qvardiola ÇL-də 1/4 finala yüksəlməsini şərh etdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ÇL-in 1/8 finalının cavab oyununda “Kopenhagen” üzərində qələbəsini (3:1) şərh edib.

Arena.az xatırladır ki, ilk oyunda da 3:1 hesablı səfər qələbəsi qazanmış “şəhərlilər” ümumi hesabda 6:2 nəticə ilə turnirin 1/4 final mərhələsinə vəsiqə qazanıblar.

“Növbəti tura keçirik. “Kopenhagen”in qapısına hücum etmək çətin idi, çünki onlar yaxşı təşkil olunublar, arxada dörd-beşlə nəfərlə oynayırlar. Biz qalib gələcəyimizə inanan komandayıq. Baxın, “Real” və “Bayern” ilə rəqabət aparırıq. Kiminlə qarşılaşacağımızı bilmirik. Gözləmək lazımdır. Əsas odur ki, biz artıq yeddinci ildir ki, Çempionlar Liqasının 1/4 finalına çıxırıq”, deyə Qvardiola BBC-yə oyun haqda müsahibəsində vurğulayıb.

Xatırladaq ki, “Mançester Siti” yarışın cari çümpionudur. “Şəhərlilər” ötənilki finalda “İnter”i məğlub ediblər – 1:0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: