Çempionlar Liqasının 1/8 final mərhələsində “Leypsiq”lə ev oyunu (1:1) İspaniya nəhəngi “Real” üçün əlamətdar olub.
Arena.az “Opta” statistik internet-portalına istinadən məlumat verir ki, Madrid təmsilçisi “Leypsiq” üzərində səfər qələbəsi (1:0) sayəsində ümumi nəticədə 2:1 hesabı ilə qalib gələrək, cütün qalibi olub və Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanıb.
Bu, “kral klubu”nun Avropanın ən mötəbər yarışının çərək finalına 20-ci vəsiqəsidir. “Real”a qədər yalnız Almaniya nəhəngi “Bayern” bu nəticəni göstərmiş ilk klub olub.
Çempionlar Liqasının 1/4 final mərhələsinə qazanılmış vəsiqələrin ümumi sayına görə klubların siyahısını təqdim edirik:
- “Bayern” (22 dəfə);
- “Real” (20 dəfə);
- “Barselona” (18 dəfə);
- “Mançester Yunayted” (14 dəfə);
- “Çelsi” (12 dəfə);
- “Yuventus” (12 dəfə).


