Gilad Abramov “Qəbələ”dən getdi – Rəsmi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qəbələ” klubu israilli yarımmüdafiəçisi Gilad Abramov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Gilad Abramov 2023-cü ilin iyulundan “Qəbələ”də çıxış edirdi. İsrailli legioner qırmızı-qara formada 23 matç keçirib. O, Premyer Liqada 19, Azərbaycan Kubokunda 2, Avropa Konfrans Liqasında 2 oyunda iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: