“Barselona” öz brendi altında forma istehsalı fikrindən daşındı

Kataloniya nəhəngi “Barselona” klubun texniki sponsorunun dəyişdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Arena.az xatırladır ki, İspaniya çempionu hazırda amerikan brendi “Nike” şirkəti sponsorluq edir.

RAC1 dərgisinin məlumatına görə, “blauqrana” rəhbərliyi bir qədər əvvəl nəzərdə tutduğu öz brendi altında formalar buraxmaq fikrindən daşınıb.

Vurğulanır ki, “Nike” və alman təchizatçısı “Puma” “Barselona” ilə əməkdaşlıq uğrunda mübarizəni gücləndirməkdə davam edirlər. Amerikan şirkətinin nümayəndələri artıq “blauqran”nın rəhbərliyinə təkmil təklif irəli sürüblər, amma “Puma” “Nike”dən gələn demək olar ki, istənilən təklifi 20-30 milyon avro məbləğində artırmağa hazırdır. Hazırda bütün maraqlı tərəflər arasında danışıqlar davam edir.

Xatırladaq ki, daha əvvəl, “Puma”nın “Barselona”ya “Nike”dən təxminən iki dəfə çox pul ödəməyə hazır olduğu haqda məlumat yayılmışdı. Hazırda amerikan brendi “Barselona”ya mövsümdə 105 milyon avro məbləğində sponsorluq edir. Bunun 80 milyon avro məbləği əsas gəlir, 25 milyon avro məbləği isə əlavə üstəliklər olaraq ödənilir. Alman şirkəti isə kataloniyalılara ildə 200 milyon avro məbləğ ödəməyə hazırdır. Bunun da 170 milyon avro məbləği əsas gəlir, 30 milyon avro məbləği isə əlavə üstəliklər olaraq nəzərdə tutulur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: