“Turan Tovuz” futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu ev qələbəsini qazanıb. Arena.az xəbər verir ki, bu, 26-cı tura təsadüf edib.
Ayxan Abbasovun yetirmələri doğma divarlar arasında “Araz-Naxçıvan”ın qapısından iki cavabsız qol keçiriblər.
10-cu ev qələbəsi 31-ci matça təsadüf edib. Tovuz təmsilçisi öz meydanında 8 heç-heçə edib və 13 dəfə uduzub.
“Turan Tovuz”un ilk ev qələbəsi Premyer Liqada debüt etdiyi 2022/2023 mövsümünə təsadüf edib. 2022-ci il sentyabrın 9-da tovuzlular “Kəpəz”i 2:0 hesabı ilə üstələyiblər.


