17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin 2-ci turunda ilk matçına çıxıb.
Arena.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz ilk oyununda qrup oyunlarına ev sahibliyi edən Bolqarıstan yığması ilə qarşılaşıb.
Komandamız bu görüşdə 1:6 hesabı ilə məğlub olub. Yığmamızın yeganə qolunu 25-ci dəqiqədə Xanım Əsədova vurub.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə növbəti oyununu 3 gün sonra – martın 17-də, saat 13:00-da Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək. Komandamızın qrupdakı son matçı ayın 20-də Moldovaya qarşı olacaq.
AÇ-2025-in seçmə mərhələsi
B Liqası, 2-ci qrup
14 mart
Bolqarıstan – Azərbaycan 6:1
Hakimlər: Laura Maurisio (İsveçrə), Cenni Okle (İsveçrə), Nargis Maqau (Qazaxıstan), Tatyana Sorokopudova (Bolqarıstan).
Bolqarıstan: 1. Oqnyana Burqodziyeva, 2. Yelena Kamenova, 3. Yordanka Parnarova, 4. Ana Tserovska (14. Andrea Boyadziyeva, 46), 5. Gerqana Halyanova, 6. Teodora Mitova, 7. Vesela Kalinova (4. İvana Çalakova, 46), 8. Mariela Petrova (22. Elya Vasilyeva, 62), 9. Nikol Dimanova, 10. Silyana Mihalyeva (7. Monika Baliova, 46), 11. Niya Duleva (20. Petya Tsoneva, 77)
Ehtiyat oyunçular: 12. Teodora Tsareva, 13. Tereza Popova, 17. Nikol Mitskovska, 18. İvona Nikolova.
Baş məşqçi: Angel Slavov.
Azərbaycan: 1. Nərgiz Ağaliyeva, 2. Məsumə Nəzərli, 3. Xanım Əsədova, 4. Arzu Cəfərova, 5. Aygün Novruzova (20. Bədriyyə Mavludova, 60), 6. Aylin Kərimova, 7. Pərişan Abdullayeva (3. Səma Əsədova, 86), 8. Aysu Əsədova, 9. Vahidə Əlipaşayeva, 10. Ülviyyə İslamova, 11. Ayşən Salamzadə.
Ehtiyat oyunçular: 12. Firuzə Bayramova, 13. Mədinə Juruqova, 15. Məhsumə Vahabzadə, 16. Tərgül Qəniyeva, 17. Adelina Ağayeva, 18. Ella Əmirova.
Baş məşqçi: Nərgiz Qurbanova.


