Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün 1/8 final mərhələsinin cavab qarşılaşmaları keçirilib.
Arena.az xəbər verir ki, bütün qarşılaşmalar eyni günə təsadüf edib.
Azərbaycan çempionu “Qarabağ” da bu gün tarixi sınağına çıxıb. Ağdam təmsilçisi səfərdə Almaniya Bundesliqasının lideri “Bayer”lə üz-üzə gəlib. Bu komandalar arasında bir həftə öncə Bakıda keçirilmiş oyunda qalib müəyyənləşməmişdi – 2:2. Cavab görüşündə də “Qarabağ” 2:0 öndə olmasına baxmayaraq, yekunda məğlub olaraq mübarizəni dayandırıb.
“Bayer”lə yanaşı, iki oyunun yekununa əsasən rəqiblərindən güclü olan “Benfika”, “Milan”, “Olimpik” (Marsel), “Vest Hem”, “Atalanta”, “Roma” və “Liverpul” komandaları da növbəti mərhələyə vəsiqə qazanıblar.
Qeyd edək ki, Avropa Liqasında 1/4 final mərhələsinin oyunları aprelin 11-də və 18-də keçiriləcək. Bu mərhələnin püşkü isə bu gün – martın 15-də atılacaq.
Avropa Liqası
1/8 finalın cavab oyunları
14 mart
Reyncers (Şotlandiya) – Benfika (Portuqaliya) 0:1 (ilk oyun 2:2)
Qol: R.Silva, 66.
Slaviya (Praqa, Çexiya) – Milan (İtaliya) 1:3 (2:4)
Qollar: Yurasek, 85 – Pulişiç, 33. Loftus-Çik, 36. Leao, 45+6.
Vilyarreal (İspaniya) – Olimpik (Marsel, Fransa) 3:1 (0:4)
Qollar: Kapoe, 32. Sörlot, 54. Moskera, 86 – Klaus, 90+4.
Vest Hem (İngiltərə) – Frayburq (Almaniya) 5:0 (0:1)
Qollar: Paketa, 9. Bouen, 32. Kressuell, 52. M.Kudus, 77; 85.
Atalanta (İtaliya) – Sportinq (Portuqaliya) 2:1 (1:1)
Qollar: Lukman, 46. Skamakka, 59 – Qonsalves, 33.
Brayton (İngiltərə) – Roma (İtaliya) 1:0 (0:4)
Qol: Uelbek, 37.
Bayer (Almaniya) – Qarabağ (Azərbaycan) 3:2 (2:2)
Qollar: Ceremi Frimponq, 72. Patrik Şik, 90+3; 90+7 – Abdullah Zubir, 58. Olavio Juninyo, 67.
Liverpul (İngiltərə) – Sparta (Praqa, Çexiya) 6:1 (5:1)
Qollar: D.Nunyes, 7. B.Klark, 8. M.Salah, 10. K.Qakpo, 14; 55. Soboslai, 48 – Birmançeviç, 42.


