Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün 1/4 final, yarımfinal mərhələlərinin, eləcə də finalın püşkü atılıb.
Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasiminə Bakı vaxtı ilə saat 16:00-da start verilib.
1/8 finalda “Qarabağ”ı üstələyən Almaniya klubu “Bayer”in də növbəti rəqibi bəlli olub. Leverkuzen təmsilçisindən başqa, Avropa Liqasının 1/4 final mərhələsinə bu komandalar vəsiqə qazanıblar: “Atalanta”, “Roma”, “Milan” (hamısı İtaliya), “Liverpul”, “Vest Hem” (hər ikisi İngiltərə), “Bayer” (Almaniya), “Benfika” (Portuqaliya), “Olimpik” (Marsel, Fransa).
Püşkatma nəticəsində 1/4 finalda İtaliya duelinin olacağı müəyyənləşib. Belə ki, “Milan”la “Roma” yarımfinala vəsiqə uğrunda qarşılaşacaqlar. “Bayer” isə “Vest Hem”lə qarşılaşacaq.
Avropa Liqası
1/4 final
“Milan” (İtaliya) – “Roma” (İtaliya)
“Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya)
“Bayer” (Almaniya) – “Vest Hem” (İngiltərə)
“Benfika” (Portuqaliya) – “Olimpik” (Marsel, Fransa)
Yarımfinal
1. “Benfika”/“Olimpik” (Marsel) – “Liverpul”/“Atalanta”
2. “Milan”/“Roma” – “Bayer”/“Vest Hem”
Final
1-ci yarımfinal cütünün qalibi – 2-ci yarımfinal cütünün qalibi
Qeyd edək ki, Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları aprelin 11-də, cavab görüşləri ayın 18-də baş tutacaq. Yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final mayın 22-də Dublindəki “Aviva” stadionunda baş tutacaq.


