Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 17-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma baş tutub.
“Qusar” “Kürmük Qax”la ev oyununda 3 xalı 7 qolla qazanıb. “Şəfa” “Füzuli” ilə ev oyununda darmadağına üzülüb.
Üç qolun qeydə alındığı “Kür-Araz” – “Cəbrayıl” matçında da qonaq komanda qələbəyə sevinci yaşayıb.
İkinci Liqa
17-ci tur
16 mart
“Dinamo” – “Göygöl” 3:0
Qollar: İsa Bayramov, 29-öz qapısına. Valeh Seyidov, 31; 59.
Hakimlər: Murad Səlimov, Asif Abdullayev, Ruslan Babayev, Kamil Aydınov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Binə qəsəbə stadionu, 15:00.
18 mart
“Şahdağ Qusar” – “Şəki Siti” 2:1
Qollar: Famil Camalov, 37. Əlimirzə Daşzərini, 74-pen. – Xaliq Şabanov, 83.
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Sənan Atayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Şamaxı OİK stadionu, 15:00.
“Baku Sportinq” – “Lerik” 4:1
Qollar: Röyal Nədəfov, 27; 73. Bəxtiyar Soltanov, 32. Ülvi Quliyev, 79 – Kamran Abdullazadə, 46.
Hakimlər: İslam Məmmədov, Rəhman Aslanov, Samir Qaracayev, Xalid Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu, 15:00.
“Ağdaş” – “Şəmkir” 1:0
Qol: Ramal Əhmədov, 63.
Hakimlər: Əli Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Ağdaş şəhər stadionu, 15:00.
19 mart
“Qusar” – “Kürmük Qax” 7:1
Qollar: Firudin Ağalarov, 37; 60. Kazbək Qafarov, 38. Vüqar Əşrəfli, 54. Orxan Qurbanlı, 56. Firdovsi Kazımov, 88. Aslan Hüseynov, 90 – Nail Təhməzli, 65-pen.
Hakimlər: Vüqar Həsənli, Kərim Zeynalov, Mirnihad Seyidov, Şamil İmanzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Sumqayıt Arena”, 14:00.
“Şəfa” – “Füzuli” 1:4
Qollar: Cavanşir Tahirov, 11 – Fuad Cahangirli, 3-öz qapısına. 45-öz qapısına. Emin Quliyev, 81. Elvin Nəsibov, 84.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 15:00.
“Kür-Araz” – “Cəbrayıl” 1:2
Qollar: Museyib Vəlizadə, 59 – Ruslan Voronsov, 41. Baxşəli Baxşəliyev, 54.
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Aydın Baxşıyev, Elvin Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.



