Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, milli komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının l qrupunda aprelin 5-də Macarıstanla, ayın 9-da isə İsveçrə yığması ilə qarşılaşacaq.
Baş məşqçi Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda bu oyunlara hazırlıq məqsədi ilə təlim-məşq toplanışı keçirəcək. Toplanış aprelin 1-də Macarıstana səfərlə başlayacaq.
Azərbaycan millisinin çalışdırıcısı qarşıdakı oyunlar üçün heyətə 23 futbolçu cəlb edib. Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
- Aytac Şərifova – Trabzonspor (Türkiyə)
- Nərgiz Əliyeva – Karadeniz Ereğli Belediyespor (Türkiyə)
- Günay İsmayılova – Neftçi
- Nigar Mirzəliyeva – Zenit
- Nərgiz Hacıyeva – Trabzonspor (Türkiyə)
- Manə Mollayeva – Neftçi
- Ayşən Əhmədova – PAOK (Yunanıstan)
- Alina Dorofeyeva – Yenisey (Rusiya)
- Diana Məmmədova – Yenisey (Rusiya)
- Fidan Cəfərova – Baku Juniors
- Aysun Əliyeva – Neftçi
- Vüsalə Hacıyeva – Amedspor (Türkiyə)
- Firəngiz Teymurova – Neftçi
- Jalə Məhsimova – Beylerbeyi Spor (Türkiyə)
- Yeliz Acar – Fatih Vətən (Türkiyə)
- Peritan Bozdağ – Fatih Vətən (Türkiyə)
- Esra Manya – Beşiktaş (Türkiyə)
- Kristina Bakarandze – Qalatasaray (Türkiyə)
- Coşqunə Əliyeva – Neftçi
- Sevinc Cəfərzadə – Eastern Flames (Səudiyyə Ərəbistanı)
- Milana Rəhimova – Neftçi
- Nazlıcan Parlak – Qalatasaray (Türkiyə)
- Vüsalə Seyfəddinova – Olimpiada İmittou (Yunanıstan)
Xatırladaq ki, Azərbaycan millisi Macarıstan yığmasıyla səfərdə qarşılaşacaq. Bu oyuna saat 19:45-də start veriləcək. İsveçrə ilə qarşılaşma isə Bakıda keçiriləcək. Həmin oyun da saat 16:00-da start götürəcək.


