İsmayıl İbrahimli üçün 100-cü oyun

Hazırda “Zirə”də icarədə olan “Qarabağ”ın futbolçusu İsmayıl İbrahimli Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 28-ci turunun “Sabah”la səfər matçına (1:0) start heyətində çıxıb.

İbrahimli bu görüşlərdə 5 qola imza atıb. 2015/2016 mövsümündə “Şüvəlan”ın heyətində debüt edən yarımmüdafiəçi bu müddətdə üç klubda çıxış edib.

O, ilk klubunda 1, “Qarabağ”da 77, “Zirə”də 22 dəfə şans qazanıb. İsmayıl bütün qollarını Ağdam klubunda vurub.

Xatırladaq ki, İsmayıl İbrahimli “Zirə”yə 2023-cü ilin iyul ayında icarə əsasında “Qarabağ”dan gəlib. Yarımmüdafiəçi cari mövsümün sonuna – iyununa 30-na kimi paytaxt klubunun uğurları üçün çalışacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: