Madrid “Real”ı bu rekordunu 27 il sonra təkrarladı

Futbol üzrə İspaniya La Liqasının 2023/2024 mövsümünün lideri olan Madrid “Real”ı 27 ildən sonra öz rekordunu təkrarlayıb.

Arena.az “Opta Sport” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi buna La Liqanın 30-cu turunda Bilbao “Atletik”ini 2:0 hesabı ilə məğlub etməklə nail olub.

Karlo Ançelottinin baş məşqçisi olduğu kollektiv ardıcıl 24 oyundur (18 qələbə, 6 heç-heçə) çempionatda uduzmur. Madrid klubu sonuncu dəfə 1996/1997 mövsümündə Fabio Kapellonun rəhbərliyi altında belə nəticə qazanıb. Komanda həmin vaxt 16 qələbə, 8 heç-heçə əldə edib.

Xatırladaq ki, Madrid “Real”ı hazırda 75 xalla La Liqanın cari mövsümünün lideridir. Madrid təmsilçisini 67 xala malik son çempion “Barselona” izləyir. “Jirona” 65 xalla 3-cü pillədə qərarlaşıb.