Futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 19-cu turunun oyunları üçün hakim təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
19-cu tura bu gün keçiriləcək 3 oyunla start veriləcək. Turun qalan görüşləri ayın 2-də və 3-də keçiriləcək.
İkinci Liqa
19-cu tur
1 aprel
“Baku Sportinq” – “Füzuli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 15:30.
“Şəki Siti” – “Şəmkir”
Hakimlər: Mahmud Bağırzadə, Səbuhi Soltanov, Ruslan Quliyev, Maqsud Şamıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şəki şəhər stadionu, 16:00.
“Ağdaş” – “Göygöl”
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Elman Kərimov, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Ağdaş şəhər stadionu, 16:30.
2 aprel
“Qusar” – “Kür-Araz”
Hakimlər: Rövşən Rəcəbov, Zakir Şükürzadə, Rəhman Aslanov, Vüqar Həsənli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.
“Şahdağ Qusar” – “Lerik”
Hakimlər: Murad Səlimov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, İrşad Aydınov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı OİK stadionu, 15:30.
“Şəfa” – “Kürmük Qax”
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Asif Abdullayev, Xalid Quliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu, 15:30.
3 aprel
“Dinamo” – “Cəbrayıl”
Hakimlər: Əkbər Əhmədov, Kərim Zeynalov, Orxan İbişov, Kamil Aydınov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 15:30.


