Bu gün futbol üzrə Almaniya Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinə yekun vurulub və sonuncu finalçı müəyyənləşib.
Arena.az xəbər verir ki, yarımfinalın ikinci matçında Leverkuzen “Bayer”i 2-ci Bundesliqa təmsilçisi “Fortuna” (Düsseldorf) ilə qarşılaşıb.
Oyun Leverkuzen təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Finala vəsiqə qazanan Xabi Alonsunun komandası həm də bütün turnirlər çərçivəsində məğlubiyyətsiz oyunlar seriyasını 40-a çatdıraraq öz rekordunu yeniləyib.
“Bayer” finalda 2-ci Bundesliqanın digər təmsilçisi “Kayzerslautern”lə qarşılaşacaq. Sözügedən komanda bir gün öncə “Saarbrükken”i 2:0 hesabıyla məğlub edərək 21 ildən sonra ilk dəfə finala yüksəlmişdi.
Almaniya Kuboku
Yarımfinal
2 aprel
Saarbrükken – Kayzerslautern 0:2
Qollar: Ritter, 53. Ture, 75.
3 aprel
Bayer – Fortuna (Düsseldorf) 4:0
Qollar: Frimponq, 7. Adli, 20. Virts, 36; 60.


