Bu gün Xorvatiyanın Poreç şəhərində gənclər arasında təşkil olunmuş boks üzrə Avropa birinciliyinə start veriləcək.
Arena.az xəbər verir ki, 10 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.
Yığmamız birincilikdə 11 boksçu ilə təmsil olunacaq. Məşqçilər korpusu Poreçdə bu boksçulara şans verəcək:
Bilalhəbaşi Nəzərov (48 kq)
Zidan Hümbətov (51 kq)
Ömər Aslanlı (54 kq)
Məhəmmədəli Aşurəliyev (57 kq)
Məhəmmədəli Qasımzadə (60 kq)
İbrahim Zeynalov (63,5 kq)
Abbasqulu Şadlinski (67 kq)
Ziya Həsənov (71 kq)
Lalə Mədətova (48 kq)
Qızbəs İsgəndər (60 kq)
Emili Rzayevaya (66 kq)
Komandaya Azərbaycan Boks Federasiyası İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək. Hakimlər Komitəsinin sədri Emil Qurbanəliyev isə referilər sırasında yer alacaq.
Qeyd edək ki, yarışda 35 ölkədən 376 (253 oğlan, 123 qız) boksçunun iştirakı gözlənilir.


