“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/4 finalında “Real”la oyuna hazırığı barədə sualı cavablayıb.
Arena.az italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, ispaniyalı mütəxəssisin bu barədə cavabını təqdim edir:
“Hazırda “Real”la oyun haqda düşünmürəm. Premyer Liqada 18 xal fərqimiz olsaydı, o zaman bütün diqqətimi “Real”a yönəldərdim, amma yox. Üçüncü yerdəyik və zirvədən çox da uzaq deyilik. Amma xal itirsək, qazanmaq qazanmaq demək olar ki, mümkün olmayacaq. Doqquz ay döyüşmüşük, niyə indi diqqətimizi yayındırmalıyıq?”, sorğusu ilə Qvardiola mövqeyini ifadə edib.
Hazırda “Mançester Siti” İngiltərə Premyer Liqasının 30 turundan sonra 67 xalla 3-cü pillədədir. “Şəhərlilər”dən öndə 68 xalla “Arsenal” və 70 xalla lider “Liverpul” yer alıblar.
UEFA Çempionlar Liqasına gəlincə, “Mançester Siti” ilə “Real” arasında ilk oyun aprelin 9-da Madriddə baş tutacaq. Cavab oyunu isə aprelin 17-də Mançesterdə keçiriləcək.


