Səudiyyə Ərəbistanı Super Kubokunun yarımfinalı çərçivəsində “Əl-Hilal” və “Əl-Nəsr” komandalarının oyunu baş tutub.
Arena.az məlumat verir ki, oyun “Əl-Hilal”ın ulduz hücumçu Kristiano Ronaldolu “Əl-Nəsr” üzərində 2:1 hesablı qələbəsi ilə başa çatıb.
61-ci dəqiqədə Salem Əl-Davsari Sergey Milinkoviç-Saviçin ötürməsini tamamlayaraq, “Əl-Hilal”ı hesabda önə keçirib. 72-ci dəqiqədə isə Malkom Mayklın ötürməsi ilə “Əl-Hilal”ın üstünlüyünü artırıb – 2:0.
Bütün qüvvəsi ilə irəli atılmış “Əl-Nəsr” 86-cı dəqiqədə kapitanı Kristiano Ronaldonun qırmızı vərəqə alaraq meydandan qovulması ilə azlıqda qalıb. Portuqal ulduz rəqibinə dirsək atdığına görə birbaşa qırmızı vərəqə alıb. Ronaldo meydandan qovulduqdan sonra kapitan sarğısını tərəfdaşına tərəf atıb, arxasını hakimə çevirib və ona tərəf etinasızlıqla əl yelləyib. Meydanı tərk edən zaman Ronaldo hakimi alqışlayıb və azarkeşləri də buna sövq edib.
“Əl-Nəsr”in gücü 90+9-cu dəqiqədə Abdulrahman Qəribin ötürməsi ilə Sadio Manenin vurduğu təsəlli qoluna yetib – 1:2.
Səudiyyə Ərəbistanı Super Kubokunun final oyununda “Əl-Hilal” “Əl-İttihad”la qarşılaşacaq. Oyun aprelin 11-də Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
“Ronaldo uduzmağa öyrəşməyib”
Oyundan sonra “Əl-Nəsr”in baş məşqçisi, portuqal mütəxəssis Luis Kastro Ronaldonun qırımızı vərəqə alması ilə bağlı məqama dair danışıb:
“Rəqib Kristiano ilə təmasından istifadə edərək sifətinə zərbə vurulduğuna şikayətləndi. Mən təkrarı gördüm, oyunçunun üzünə toxunuş isə yox idi. Hakim, fikrimcə, rəqibin teatral hoqqasına görə qırmızı vərəqə verdi. Ronaldo dünyanın ən vacib oyunçularından biridir və çoxlarına nümunədir, amma o, karyerasında uduzmağa öyrəşməyib, ona görə də uduzduqda başını itirməsi, eləcə də bu cür oyunlarda duyğusal və zehni diqqətini itirməsi təbiidir”.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 36 qol vurub, 12 məhsuldar verib.
Ronaldo 29 qolla cari mövsüm Səudiyyə Ərəbistanı Peşəkar Liqasının ən sərrast futbolçusudur. Portuqal ulduzun hesabında 10 məhsuldar ötürmə də var. Ronaldo həmçinin qol və məhsuldar ötürmələrin cəmi üzrə mütləq liderdir.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


