Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün 1/4 final mərhəsinin ilk qarşılaşmaları keçirilib.
Arena.az xəbər verir ki, bütün oyunları eyni gündə baş tutub və eyni saatda başlayıb.
1/8 finalda Azərbaycan çempionu “Qarabağ”ı üstələyən Almaniya klubu “Bayer” doğma meydanda İngiltərə təmsilçisi “Vest Hem”lə üz-üzə gəlib. Son dəqiqələrdə iki qol vuran Leverkuzen təmsilçisi doğma meydanda inamlı qələbəyə sevinib.
“Liverpul” (İngiltərə) “Atalanta”nı (İtaliya) qəbul edib. İngiltərə nəhəngi bu görüşdə 3 cavabsız qolla məğlub olmaqla hər kəsi təəccübləndirib.
“Benfika” (Portuqaliya) isə doğma meydanda Marsel “Olimpik”i (Fransa) ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Bu mərhələ İtaliya dueli ilə əlamətdar olub. Belə ki, “Milan” yarımfinala vəsiqə uğrunda “Roma” ilə qarşılaşıb. Tərəflər arasındakı ilk oyun “canavarlar”ın qələbəsiylə yekunlaşıb.
Qeyd edək ki, Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri aprelin 18-də baş tutacaq. Yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final mayın 22-də Dublindəki “Aviva” stadionunda baş tutacaq.
Avropa Liqası
1/4 finalın ilk oyunları
11 aprel
“Milan” (İtaliya) – “Roma” (İtaliya) 0:1
Qol: Mançini, 17.
“Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya) 0:3
Qollar: Skamakka, 38; 60. Paşaliç, 83.
“Bayer” (Almaniya) – “Vest Hem” (İngiltərə) 2:0
Qollar: Hofmann, 83. Bonifase, 90+1.
“Benfika” (Portuqaliya) – “Olimpik” (Marsel, Fransa) 2:1
Qol: Rafa Silva, 16. Di Mariya, 52 – Obameyanq, 67.


