Ukraynanın “Dinamo” (Kiyev), “Şaxtyor”, “Dnepr-1”, “Obolon” və “Krivbass” klublarının futbolçuları və heyəti səfərbərlikdən azad ediliblər.
Arena.az xəbər verir ki, bu barədə Ukrayna Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hazırda “Şaxtyor” (1-ci yer, 21 oyundan 49 xal), “Krivbass” (2-ci yer, 23 oyundan 47 xal), Kiyev “Dinamo”su (3-cü yer, 21 oyundan 45 xal) və “Dnepr-1” (4-cü yer, 23 oyundan 43 xal) Ukrayna Premyer Liqasının yarış cədvəlində ilk dördlükdə qərarlaşıblar.
“Obolon” isə 22 oyundan sonra 18 xal toplayaraq 14-cü pillədə yer alıb. Bu komanda Ukrayna Premyer Liqasında qalmaq hüququ üçün ələmə oyunlarına vəsiqə verən bölgədə qərarlaşıb.
Xatırladaq ki, “Obolon”da Azərbaycan milli komandasının sabiq müdafiəçisi Dmitri Nağıyev də çıxış edir.
Hazırda Azərbaycan millisinə dəvət alan Emil Mustafayev isə Ukrayna Premyer Liqasının digər təmsilçisi “Polesye”də forma geyinir.
28 iyul 2023-cü ildə start götürmüş Ukrayna Premyer Liqasının cari mövsümünə bu il mayın 25-də yekun vurulacaq.


