Ömər Aslanlı və Bilalhəbaşi Nəzərov Avropa çempionu oldular

Azərbaycan boksçuları Ömər Aslanlı və Bilalhəbaşi Nəzərov Xorvatiyada keçirilən gənclər arasında Avropa birinciliyinin qalibi olublar.

Arena.az xəbər verir ki, Poreç şəhərində təşkil olunmuş Avropa birinciliyində bu gün həlledici qarşılaşmalar baş tutub.

48 kq çəkidə mübarizə aparan Bilalhəbaşi Nəzərov finalda Aleksandr Zveryevlə (Ukrayna) döyüşüb. Hər 3 raundu xeyrinə bitirən Nəzərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala yiyələnib və Poreçdə Azərbaycan himnini səsləndirib.

Final mərhələsinin axşam sessiyasında Ömər Aslanlı (54 kq) da Maksim Çekinlə (Ukrayna) üz-üzə gəlib. O, finalda Maksim Çekinlə (Ukrayna) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib və Avropa çempionatının qızıl medalına yiyələnib.

Bununla da millimiz 35 ölkədən 376 (253 oğlan, 123 qız) boksçunun iştirak etdiyi Avropa birinciliyini 2 qızıl medalla başa vurub.

Xatırladaq ki, boks yığmamız bu turnirə bütövlükdə 11 idmançı ilə yollanmışdı. Komandaya Azərbaycan Boks Federasiyası İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edirdi. Hakimlər Komitəsinin sədri Emil Qurbanəliyev isə referilər sırasında yer almışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: