17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-17) Belarusda keçiriləcək UEFA İnkişaf turniri üçün yekun heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, baş məşqçi Füzuli Məmmədov Belarusa 20 futbolçu aparmağa qərar verib.
Heyətdə bu futbolçulara yer verilib:
- Məhdi Həsənov – Neftçi
- Rauf Əyyubov – Sabah
- Amin Rzayev – Qarabağ
- Murad Qurbanov – Zirə
- Həzrət Səmədov – Sabah
- Əlibəy Mahmudov – Sabah
- Tuncay Əhmədov – Marset (İspaniya)
- Fərid Abdinov – Moskva Futbol Akademiyası
- Tunar Muradov – Turan Tovuz
- Nadir Nəsibli – Marset (İspaniya)
- Ariz Kərimov – Marset (İspaniya)
- Sinan Mehdizadə – Marset (İspaniya)
- Elvin Vəliyev – Neftçi
- Vusal Kərimov – Neftçi
- Əli Qazibəyov – Qarabağ
- Elşən Atakişiyev – Neftçi
- Muhamməd Çodarov – Marset (İspaniya)
- İslam Həsənov – Srvena Zvezda (Serbiya)
- İbrahim Xəlilov – Sabah
- Ümid Səlimov – Sabah
Xatırladaq ki, UEFA İnkişaf turniri aprelin 22-dən 28-nə qədər Belarusun paytaxtı Minsk şəhərində təşkil olunacaq. Azərbaycan millisinin bu turnirdəki rəqibləri Belarus, Özbəkistan və Tacikistan kollektivləri olacaq.
U-17 yığmamızın oyunlarının təqvimi belədir:
23 aprel
Belarus – Azərbaycan
“ABFF Technical Center”. Saat 19:00
25 aprel
Azərbaycan – Özbəkistan
“ABFF Technical Center”. Saat 16:00
28 aprel
Azərbaycan – Tacikistan
“ABFF Technical Center”. Saat 13:00


