AFFA “Neftçi”nin Salyanski ilə bağlı şikayətini təmin etmədi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Apellyasiya Arbitraj Tribunalı “Neftçi” klubunun şikayətini təmin etməyib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

“Neftçi-2” komandasının futbolçusu Ağadadaş Salyanski “Sumqayıt-2” ilə matçda qeyri-etik ifadə və ya hərəkətə görə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) birbaşa qırmızı vərəqə aldığı üçün onun 4 oyun cəzalanması və komandanın 300 manat cərimə edilməsi barədə İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, 20 yaşlı futbolçu Əvəzedicilər Liqasının 29-cu turunda “Sumqayıt”a 1:3 hesabı ilə məğlub olduqların matçın 90+5-ci dəqiqəsində qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Bu üzdən də İntizam Komitəsi onu sərt şəkildə cəzalandırıb. “Neftçi” isə gənc futbolçusunun bu cür cəzalanması isə razılaşmır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: