Premyer Liqa: “Zirə” “Qarabağ”ı ilk dəfə evdə məğlub edə biləcək?

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 34-cü turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

“Araz-Naxçıvan” Mərdəkanda “Turan Tovuz”u qəbul edəcək. Bu iki komanda yalnız cari mövsümdə qarşılaşıblar – 3 dəfə. “Araz-Naxçıvan” əvvəlki bütün oyunlarda uduzub. “Turan Tovuz” hər matçda ən azı 2 qol vurub.

Tovuz təmsilçisi Premyer Liqanın son üç turunda ardıcıl məğlubiyyətlərə üzülüb. Bu üzdən də Ayxan Abbasovun komandası uğursuz gedişata “Araz-Naxçıvan”la oyunda son qoymağa çalışacaq. Naxçıvan təmsilçisi də ötən tur məğlub olduğu üçün bu oyundan xal və ya xallarla ayrılmağı hədəfləyib.

“Araz-Naxçıvan” hazırda Premyer Liqanın turnir cədvəlində 35 xalla 9-cu pillədə qərarlaşıbsa, “Turan Tovuz” 42 xalla 7-ci sıradadır.

Günün digər oyunu “Zirə” ilə “Qarabağ” arasında keçiriləcək. Son oyunlarından qalib ayrılmış kollektivlərin duelində kimin qalib gələcəyi maraqla gözlənilir. Ağdam təmsilçisi çempionluğu təmin etdiyi üçün son oyunları formal xarakter daşıyır. “Zirə” isə avrokuboklara vəsiqə uğrunda mübarizə apardığı üçün çətin rəqibindən xal və ya xallar almağa çalışacaq.

“Zirə” ilə “Qarabağ” indiyə qədər 34 oyunda üz-üzə gəliblər. Əvvəlki oyunlarda “Zirə” cəmi 1 dəfə Ağdam klubuna qalib gələ bilib. Amma “Zirə” evdə bu rəqibi üzərində heç vaxt qələbə qazanmayıb. 11 qarşılaşma heç-heçə bitibsə, 22 oyundan “Qarabağ” qalib ayrılıb.

Premyer Liqa
34-cü tur

10 may

“Neftçi” – “Kəpəz” 5:1
Qollar: Andre Şinyaşiki, 44; 47; 76. Brayan Moreno, 45+2. Ağadadaş Salyanski, 86 – Latir Fall, 36.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Neftçi Arena”, 19:00.

11 may

“Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Orxan İbişov, Elvin Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mərdəkan. “Dalğa Arena”, 17:00.

“Zirə” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Zirə İdman Kompleksi stadionu, 19:30.

12 may

“Qəbələ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu, 17:00.

“Sumqayıt” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: