“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola gələcəkdə FIFA prezidenti olması ehtimalı ilə bağlı sualını cavablayıb.
Arena.az “City Xtra” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Əsla, qətiyyən. Mən qalstukları sevmirəm və idman ayaqqabısı geyinməyə üstünlük verirəm. Yox, yox, yox. Mən görüşləri, rəsmi şam yeməyi və sairələri sevmirəm. Əgər siz mənim məsləhətimi istəsəniz, mən də verəcəyəm”, deyə “Pep” vurğulayıb.
Xatırladaq ki, 2016-cı ildən FIFA prezidenti vəzifəsini Canni İnfantino tutur. 2009-cu ildən İnfantino təşkilatın baş katibi vəzifəsində çalışıb.
Xosep Qvardiola isə 2016-cı ildən “Mançester Siti”ni çalışdırır. 53 yaşlı ispan mütəxəssisin “şəhərlilər”lə cari əmək müqaviləsi 2024/2025 mövsümünün sonuna qədər qüvvədədir.


