Almaniya Bundesliqasının 33-cü turu çərçivəsində “Bayer” səfərdə “Boxum” üzərində 5:0 hesablı qələbə qazanıb.
Arena.az məlumat verir ki, bu qələbə sayəsində Leverkuzen klubu ardıcıl məğlubiyyətsiz oyunlardan ibarət şəxsi rekordunu yeniləyib.
Bundan əvvəl, sözügedən komanda 1963-1965-ci illər aralığında ardıcıl məğlubiyyətsiz oyunlar silsiləsini sürdürmüş Portuqaliya nəhəngi “Benfika”nın 48 oyundan ibarət rekordunu qırmışdı.
Beləliklə, “Bayer” müvafiq göstərici üzrə Avropanın mütləq rekordunu sürdürməkdə davam edir.
Xatırladaq ki, daha əvvəl “əczaçılar” cari mövsüm Almaniya Bundesliqasının çempionluğunu erkən surətdə təmin etmişdilər.
Leverkuzen təmsilçisi 33 oyundan 87 xalla Bundesliqanın yarış cədvəlinin zirvəsində yer alıb.


