Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 25-ci turunun oyunları ilə bağlı müxtəlif qərarlar qəbul edilib.
Arena.az həmin qərarlarla sizi də tanış edir:
“Ağdaş” – “Şəfa” oyununda “Ağdaş”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Ağdaş”ın futbolçusu Şəhriyar Kərimli ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Ağdaş” klubu buna görə də 150 manat cərimə edilib.
“Lerik” – “Kür-Araz” oyununa Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən matç gec başladığına görə “Lerik” klubu 100 manat cərimə edilib.
“Şəki Siti” – “Qusar” oyununa Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən matç gec başladığına görə Şəki klubu 100 manat cərimə edilib. “Şəki Siti” klubu matçın ilkin protokolunu Peşəkar Futbol Liqasının (PFL) elektron bazasında gec təsdiq etdiyinə görə Şəki klubu 100 manat cərimə edilib.


